Millimiz dünya reytinqində mövqeyini qorudu

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb. SportLine.az xəbər verir ki, ötən dəfə ilə müqayisədə mövqeyini qoruyan Azərbaycan seçməsi yenə 10-cudur. Komandamızın aktivində 1435 xal var.

Siyahıya yenə Braziliya başçılıq edir. İspaniya 2-ci, Rusiya 3-cüdür:

1. Braziliya - 1916

2. İspaniya – 1893

3. Rusiya - 1755

4. Argentina - 1706

5. İtaliya - 1643

6. İran - 1608

7. Portuqaliya - 1575

8. Ukrayna - 1479

9. Qazaxıstan - 1465

10. Azərbaycan – 1435