Millimiz Estoniyaya qalib gəldi
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması son oyununu keçirib.
SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, Estoniya komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qələbə qazanıb.
Yeganə qolu Aytac Nemətova vurub.
Qeyd edək ki, millimiz ilk oyunda Polşaya 0:4, növbəti görüşdə isə Macarıstana 0:3 hesabı ilə uduzub. Bu nəticələrə əsasən komandamız turnirlə vidalaşıb.