Millimiz Özbəkistanla qarşılaşacaq

DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək futzal üzrə milli komandamız Bakıda iki yoldaşlıq oyunu keçirəcək.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli yanvarın 21-də və 22-də Özbəkistan seçməsi ilə üz-üzə gələcək. Bakı İdman Sarayında keçiriləcək hər iki qarşılaşma saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, 30-da Rusiya, fevralın 1-də isə Slovakiya ilə qarşılaşacaq.

Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da baş tutacaq.