Millimiz qələbə qazandı

Dünya çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib. 

SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionatında çıxış edən klubların üzvlərindən ibarət yığma komanda ilə qarşılaşan milli 5:1 hesablı qələbə qazanıb. 

Fineo de Araujonun dubl etdiyi oyunda millinin digər qollarını Auqusto Sezar, Amadeu Fernandes və Xətai Bağırov vurub.