Millimiz Rusiyaya uduzdu
Qadınlardan ibarət Azərbaycan millisi basketbolun 3X3 növü üzrə Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, Fransanın Puatye şəhərində qüvvəsini sınayan yığmamız qrupdakı son matçında Rusiya ilə üz-üzə gəlib.
Tatyana Slojenitsinanın başçılıq etdiyi komanda bu oyunda 14:16 hesabı ilə uduzub. Dina Ulyanova, Tatyana Deniskina, Marsedes Uolker və Molenhauer Aleksandradan ibarət “dördlük” qrup mərhələsini 1 qələbə ilə başa vurub.
Qeyd edək ki, millimiz ilk oyun günündə İtaliyanı 21:19 hesabı ilə məğlub edib, Slovakiyaya 14:16 hesabı ilə uduzmuşdu.