Millimiz Serbiya ilə qarşılaşa bilər

Belqradda futzal üzrə Avropa çempionatında yarımfinalçılar bəlli olmaqdadır. SportLine.az xəbər verir ki, ilk oyun günündə Ukrayna millisini üstələyən meydan sahibi Serbiya artıq finalın bir addımlığındadır. Reqlamentə əsasən, Serbiya seçməsinin yarımfinaldakı rəqibi Rusiya - Azərbaycan matçında müəyyənləşəcək. Komandamız bu gün Rusiyanı məğlub edə bilsə, növbəti rəqibi meydan sahibləri olacaq. 

Digər yarımfinal cütündə isə İspaniya Qazaxıstan - İtaliya duelinin qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal mərhələsi 11 fevralda start götürəcək.