Millimiz üçün "Pir qələbəsi"
17 yaşadək futbolçuların Avropa çempionatının təsnifat mərhələsində milli komandamız bu gün son oyununa çıxacaq. SportLine.az xəbər verir ki, rəqib Rumıniya futbolçularıdır.
Autsayder mövqeyində qərarlaşan komandaların dueli formal xarakter daşıyır. Belə ki, aktivində 6 xalı olan İngiltərə və Avstriya artıq əsas mərhələyə vəsiqəni təmin ediblər.
30 oktyabr 2016
17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi
IV qrup, 3-cü tur
Azərbaycan – Rumıniya - 1:0
QOL: Xəqani Sadıxov, 29
Baş hakim: Petur Reynert (Farer adaları)
Yan xətt hakimləri: Endryu Kristensen (Ferar adaları), Luke Portelli (Malta)
Dördüncü hakim: Fyodor Zammit (Malta)
Buftea. RFF futbol mərkəzi