Millimiz Türkiyə seçməsi ilə görüşəcək

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirəcək.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz aprelin 8-də və 11-də Türkiyə seçməsi ilə qarşılaşacaq.

Hər iki qarşılaşma “Dalğa Arena”da olacaq.

Oyunlar saat 16:00-da başlanacaq.

 

Banner