Millimiz Türkiyəni məğlub etdi
İslandiyanın paytaxtı Reykyavikdə keçirilən şahmat üzrə Avropa çempionatında 4-cü tura yekun vurulub. SportLine.az xəbər verir ki, bu tur milli komandalarımız üçün düşərli olub. Kişi şahmatçılardan ibarət seçməmiz Türkiyəni, qadınlardan ibarət komandamız isə Norveçi məğlub edib.
IV tur
AZƏRBAYCAN - TÜRKİYƏ - 3,5:0,5
Şəhriyar Məmmədyarov (2743) - Draqan Solak (2628) - 0,5:0,5
Teymur Rəcəbov (2739) - Mustafa Yılmaz (2594) - 1:0
Arkadi Naydiç (2689) - Barış Esen (2565) - 1:0
Rauf Məmmədov (2653) – Əmrə Can - 1:0
TURNİR CƏDVƏLİ:
1. Rusiya - 8
2-3. Azərbaycan - 6
2-3. Macarıstan - 6
AZƏRBAYCAN – NORVEÇ - 2,5:1,5
Gülnar Məmmədova (2303) - Şeyla Bart Sal (2190) - 1:0
Nərmin Kazımova (2323) - Niina Koskela (2204) - 0:1
Xəyala Abdulla (2283) - Olqa Doljikova (2145) - 0,5:0,5
Ülviyyə Fətəliyeva (2294) - Yellisiv Repen (2058) - 1:0
TURNİR CƏDVƏLİ:
1. Rusiya - 8
2-3. Fransa - 7
2-3. Rumıniya - 7
...
16. Azərbaycan - 4