Millimiz yenə Qazaxıstana uduzub
Futzal üzrə dünya çempionatının seçmə qrup mərhələsinə hazırlaşan Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.
Sportline.az xəbər verir ki, Aktaudakı "Halyk Arena"da oynanılan matçda rəqib Qazaxıstan seçməsi olub.
Qarşılaşma Azərbaycan komandasının 5:6 hesablı məğlubiyyəti ilə bitib. Yığmanın qollarını De Angelis Conatan, Rafael Vilela (3) və qapıçı Emin Kürdov vurub.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün eyni rəqibə 3:5 hesabı ilə uduzub.