Millimizin futbolçusu qələbəyə sevindi

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" (Almaniya) yoxlama matçına çıxıb.

Sportline.az xəbər verir ki, Aue təmsilçisi 3-cü Bundesliqada mübarizə aparan "Enerji Kottbus"la qarşılaşıb. Görüş "Ersgebirge"nin qələbəsiylə başa çatıb - 3:1.

Nazarov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və ilk qolun  ötürməsini verib.

Banner