Millimizin Moldova ilə səfər matçının hakimləri bilindi

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova ilə səfər maçtının hakimləri açıqlanıb.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunun əsas referisi polşalı Damian Qrabovski olacaq.

İkinci hakim funksiyasını isə onun həmyerlisi Dominik Tsipinski yerinə yetirəcək.

Qeyd edək ki, martın 9-da Moldovanın paytaxtı Kişinyovdakı "Futzal Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Bu komandalar arasında ilk oyun isə martın 4-də Bakı İdman Sarayında keçirləcək. Matç saat 19:00-da başlayacaq.

Jose Alesionun baş məşqçi olduğu komanda iki oyundan sonra 6 xalla 3-cü qrupun lideridir. Qrupda Slovakiya və Yunanıstan komandaları da var.