Millimizin oyununa bütün təyinatlar açıqlandı
Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova ilə səfər oyununun bütün təyinatları müəyyənləşib.
Sportline.az xəbər verir ki, görüşün əsas referisi polşalı Damian Qrabovski olacaq.
İkinci hakim funksiyasını onun həmyerlisi Dominik Tsipinski yerinə yetirəcək. Matçın üçüncü hakimi moldovalı Viktor Bugenko, UEFA nümayəndəsi isə serbiyalı Zoran Dimiç olacaq.
Qeyd edək ki, martın 9-da Çoresku İdman zalında keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Ötən gün Bakıda baş tutan qarşılaşmada Azərbaycan millisi rəqibini 5:1 hesabı ilə məğlub edib.