Hollandiya Azərbaycan millisinə rəqib oldu
Serbiyada futzal üzrə dünya çempionatının pley-off mərhələsinin püşkü atılıb. SportLine.az xəbər verir ki, dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq uğrunda Azərbaycan millisi Hollandiya seçməsi ilə üz-üzə gələcək. Digər pley-off cütlükləri isə belədir:
Sloveniya - İspaniya
Slovakiya - Ukrayna
Polşa - Qazaxıstan
Serbiya - Portuqaliya
Belarus - Rusiya
Macarıstan - İtaliya
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları martın 22-də, cavab görüşləri isə 12 aprel tarixində baş tutacaq. Kolumbiyada keçiriləcək Mundialın final mərhələsi sentyabrın 14-də start götürəcək.
***
Futzal üzrə dünya çempionatının pley-off mərhələsinin püşkü atılır. SportLine.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda keçiriləcək mərasimdə Azərbaycan millisinin də rəqibi müəyyənləşəcək.
Seçməmiz liderlər səbətində yer aldığı üçün təsnifat mərhələsini 2-ci pillədə başa vuran komandalardan biri ilə üzləşəcək:
Liderlər: Ukrayna, Azərbaycan, Rusiya, İspaniya, Qazaxıstan, Portuqaliya, İtaliya;
İkincilər: Macarıstan, Belarus, Serbiya, Hollandiya, Sloveniya, Polşa, Slovakiya.
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.