Millimizin rəqibi yeni baş məşqçinin adını açıqladı
AVRO-2024-ün seçmə mərhələsində millimizin rəqiblərindən olan Belçika seçməsinin yeni baş məşqçisi müəyyənləşib.
Sportline.az xəbər verir ki, Belçika Kral Futbol Assosiasiyasının mətbuat xidməti Domeniko Tedeskonun komandanın sükanı arxasına gətirildiyini açıqlayıb.
AVRO-2024-ün sonuna qədər müqavilə imzalayan 38 yaşlı italiyalı mütəxəssis bu postda 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatından sonra istefaya göndərilən Roberto Martinezi əvəzləyib.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin F qrupunda Belçika ilə sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə görüşəcək.