Millimizin rəqibində koronavirus aşkarlandı

Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycanla qarşılaşacaq Slovakiya millisinin 3 futzalçısında koronavirus aşkarlanıb.

Sportline.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Marian Berki yerli telekanala müsahibəsində deyib.

Mütəxəssisin sözlərinə görə, Pyotor Kozar, Qabriel Rik və Patrik Zatoviç infeksiyaya yoluxub: "Onlar Azərbaycanla oyunu buraxacaqlar. Amma növbəti testləri yanvarın 27-dək mənfi çıxarsa, sonrakı iki qarşılaşmada iştirak edə bilərlər".

Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı yanvarın 29-da Bakı İdman Sarayında gerçəkləşəcək.