Millimizin rəqibindən əzmkar qələbə
Millimizin Avro-2024-ün seçmə mərhələsindəki rəqibi İsveç yığması yoldaşlıq oyunu keçirib.
Sportline.az xəbər verir ki, komanda Portuqaliyada təlim-məşq toplanışı çərçivəsində İslandiya ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
İsveç - İslandiya - 2:1
Qollar: Gudyonsen, 30 (0:1), Andersson, 85 (1:1), Ordeyka, 90+4 (2:1)
Qeyd edək ki, millimiz Avro-2024-ün seçmə mərhələsində F qrupunda İsveçlə yanaşı, Belçika, Avstriya və Estoniya ilə mübarizə aparacaq.