Millimizin rəqibinin heyəti bəlli oldu

Bakıda keçiriləcək 17 yaşadək futbolçuların Avropa çempionatında iştirak edəcək Şotlandiya millisinin heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, baş məşqçi Skot Qemmil qitə birinciliyində bu futbolçulara güvənəcək:

Qapıçılar: Aydan MakAdams ("Seltik"), Kiran Rayt ("Reyncers")

Müdafiəçilər: Daniel Baur ("Harts"), Den Meredit ("Vest Bromviç", İngiltərə), Toni Qallaxer ("Falkirk"), Liam Heqarti ("Middlsbro", İngiltərə) Aydan Uilson ("Reyncers")

Yarımmüdafiəçilər: Freyser Hornbi ("Everton", İngiltərə), Liam Bart ("Reyncers"), Kayl MakAllister ("Sent Mirren"), Cordan Holsqrouv ("Ridinq", İngiltərə), Cek Tomson ("Reyncers"), Brok Vatson ("Seltik")

Hücumçular: Zak Rudden ("Reyncers"), Cek Aytçison ("Seltik"), Lüis Morrison ("Kilmarnok"), Konnor MakLennan ("Aberdin"), Cek Adamson ("Reyncers")

Qeyd edək ki, Şotlandiya seçməsi millimizlə eyni qrupda yer alıb.