Millimizin sabiq üzvünün komandası Niderlandda autsayderdir

Niderlandın 2-ci liqasında 5-ci turun oyunları keçirilib. 

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Maastrixt”ə 0:3 hesabıyla uduzub.
 
38-ci dəqiqədə meydana çıxan Kökçü 54-cü dəqiqədə sarı vərəqə alıb.
 
5 tura 2 xal yığa bilən “Telstar” turnir cədvəlində 20 kollektiv arasında sonuncudur