Millimizin üzvləri oynadı, "Bursaspor" məğlub oldu
Azərbaycan millisinin üzvləri - Dəniz Yılmaz və Ozan Can Kökcünün şərəfini qoruduğu "Bursaspor" növbəti yoxlama matçında meydana çıxıb. SportLine.az xəbər verir ki, rəqib I Liqa təmsilçisi "Balikəsirspor" kollektivi olub.
Qarşılaşma "timsahlar"ın məğlubiyyəti ilə yekunlaşıb - 1:2.
D.Yılmaz start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. O.Kökcü isə 76-cı dəqiqədə oyuna daxil olub.