Azərbaycan kubokunda yeni mövsümə start verilir

Bu gün futbol üzrə Azərbaycan kubokunun 2026/27-ci illər mövsümünə 1-ci təsnifat mərhələsi ilə start veriləcək. Bu mərhələdə yalnız 2-ci liqa klubları yarışacaq.

Sportline.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

“Qaradağ Lökbatan” “Şəki”ni qəbul edəcək. “Şəmkir” isə “Ağstafa Gəncləri” ilə üz-üzə gələcək. Komandaların hər biri 2-ci liqa təmsilçisidir.

7 oktyabr

Azərbaycan kuboku
1-ci təsnifat mərhələsi

14:30.“Qaradağ Lökbatan” – “Şəki”
Hakimlər:
Pərviz İbrahimov, Elman Kərimov, Vüsal Xəlilzadə, Kamil Aydınov
Lökbatan OİK stadionu

14:30.“Şəmkir” – “Ağstafa Gəncləri”
Hakimlər:
Alik Yunusov, Aydın Baxşıyev, Tural Bayramov, Hacıağa Həsənov
Şirvan OİK stadionu

8 oktyabr (cümə axşamı)

14:00. “Difai” – “Zəngəzur”
14:30. “Marafon” – “Dinamo”
14:30. “Şirvan” – “Kür-Araz”

9 oktyabr (cümə)

14:30. “Ağdaş” – “Hypers”