"Mançester Yunayted" 15 yaşlı futbolçunu heyətinə qatmaq istəyir
“Mançester Yunayted” akademiyasının istedadı Qabrielə Avropanın nəhəng klublarından maraq var.
Sportline.az xəbər verir ki, “Bayern”, “Barselona” və “Real Madrid”in 15 yaşlı futbolçunu heyətinə qatmaq istədiyi bildirilir. İngiltərə klubu futbolçunu itirəcəyi təqdirdə hüquqi addımlar atmağı nəzərdən keçirir.
“Yunayted” gənc futbolçunun klubdan ayrılması halında yalnız kiçik təzminat əldə edə biləcəyindən narahatdır.
Qabriel dünyanın ən perspektivli yeniyetmə futbolçularından biri kimi qiymətləndirilir.