İspaniya millisi Xorvatiyanın qonağı olacaq
UEFA Millətlər Liqasında 4-cü turun görüşləri davam edir.
Sportline.az xəbər verir ki, A liqasının 3-cü qrupunun lideri İspaniya millisi səfərdə Xorvatiya ilə üz-üzə gələcək. Sevilyada keçirilən ilk oyunda "qırmızı furiya" rəqibini 3-1 hesabı ilə üstələmişdi.
Heyətlərə nəzər saldıqda İspaniya millisində itkilərin sayı kifayət qədərdir. Ferran Torres, Niko Uilyams, Alexandro Qrimaldo və Joan Qarsia zədədən əziyyət çəkir.
Xorvatiya seçməsində Martin Erliç və Yosip Yuranoviç baş məşqçi Slavan Biliçin sərəncamında olmayacaq.
Qeyd edək ki, Xorvatiya - İspaniya matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Oyunda söz sahibi belçikalı hakim Erik Lambreks olacaq.