“Yuventus” Kenan Yıldıza qiymət qoydu
"Yuventus"un türk futbolçusu Kenan Yıldız Avropanın aparıcı klublarının diqqətini çəkməkdə davam edir.
Sportline.az xəbər verir ki, İtaliya klubunun 21 yaşlı futbolçu üçün 100 milyon avro civarında qiymət müəyyənləşdirdiyi bildirilir.
“Real ” və “Arsenal”ın Yıldıza maraq göstərən komandalar arasında olduğu qeyd olunur. Yıldızın hazırda Turin klubunda qalmağa kökləndiyi vurğulanır.
Bununla belə, “Yuventus”un Çempionlar Liqasındakı vəziyyətinin futbolçunun gələcəyinə təsir edə biləcəyi bildirilir.