“Real” və “Liverpul” Olise üçün mübarizədə
"Bayern"in futbolçusu Maykl Olise Avropanın nəhəng klublarının diqqət mərkəzindədir.
Sportline.az xəbər verir ki, “Real” və “Liverpul”un fransalı vingeri transfer etməkdə maraqlı olduğu bildirilir. Olisenin Almaniya klubundakı gələcəyi hələlik qeyri-müəyyən olaraq qalır.
Futbolçunun yeni müqavilə imzalaması üçün önəmli şərtlərindən birinin sərbəst qalma maddəsi olduğu vurğulanır.
“Bayern”in isə əsas futbolçularından birini asanlıqla buraxmaq niyyətində olmadığı qeyd edilir.