Azərbaycan Cəbəllütariqi qəbul edir

U-21 milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində 10-cu turun oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, milli B qrupunun görüşündə Cəbəllütariqlə üz-üzə gələcək.

“Bank Respublika Arena”da keçiriləcək görüş saat 17:45-də başlanacaq.

Oyunu lüksemburqlu Yasmin Sabotiç idarə edəcək.

Qeyd edək ki, B qrupunda mübarizə aparan komandamız 9 oyundan topladığı 7 xalla 5-cidir.