“Arsenal” Nusanı istəyir
"Arsenal" heyətini "Leypsiq"in futbolçusu Antonio Nusa ilə gücləndirmək istəyir.
Sportline.az xəbər verir ki, İngiltərə klubunun norveçli vinger üçün 34 milyon funt sterlinq civarında təklif hazırladığı bildirilir.
“Arsenal”ın bu transferdə “Aston Villa”, “Nyukasl” və “Tottenhem”lə rəqabət aparacağı qeyd olunur.
Mənbənin məlumatına görə, London klubu digər rəqiblərindən əvvəl hərəkətə keçməklə üstünlük əldə etməyə çalışır.
Nusanın gələcəyi ilə bağlı qərarın yaxın aylarda verilməsi gözlənilir.