Sanço qərarını verdi

Mançester Yunayted”in futbolçusu Ceydon Sançonun gələcəyi ilə bağlı yeni iddia ortaya atılıb.

Sportline.az xəbər verir ki, İngiltərə millisinin üzvünün yanvar transfer pəncərəsinə qədər gözləməyə hazır olduğu bildirilir.
Futbolçunun özünə uyğun klub tapacağı halda qışda komandadan ayrılmaq variantını nəzərdən keçirəcəyi qeyd olunur.

Sanço ilə bağlı bir neçə klubun vəziyyəti izlədiyi bildirilir. Onun gələcəyi ilə bağlı əsas qərarın qarşıdakı aylarda veriləcəyi gözlənilir.