“Milan” və “Roma” isveçli futbolçu uğrunda
"Brayton”un yarımmüdafiəçisi Yasin Ayari İtaliya klublarının diqqətini çəkib.
Sportline.az xəbər verir ki, “Milan” və “Roma”nın isveçli futbolçu ilə maraqlandığı bildirilir.
İtaliya mətbuatı klubların Ayarinin vəziyyətini yaxından izlədiyini yazıb.
Futbolçunun “Brayton”da aldığı oyun vaxtının onun gələcəyində əsas rol oynaya biləcəyi qeyd olunur.
“Milan” və “Roma”nın yaxın aylarda bu istiqamətdə konkret addım atması istisna edilmir.