Keyn "Bavariya"dan ayrılmayacaq

“Bavariya” Harri Keynlə müqaviləni uzatmağa çox yaxındır.

Sportline.az xəbər verir ki, tərəflər arasında danışıqlarda prinsipial razılıq əldə olunub. İngiltərə millisinin kapitanının hazırkı sözləşməsi 2027-ci ilin yayına qədərdir və yeni müqavilənin 2029-cu ilə qədər olması gözlənilir.

Keyn 2023-cü ildə Münhen klubuna keçdikdən sonra 154 rəsmi oyunda 152 qol vurub. Son detallar razılaşdırıldıqdan sonra müqavilənin rəsmiləşdirilməsi gözlənilir.