"Milan" "Mançester Yunayted"ə elçi düşüb

“Milan”“Mançester Yunayted”in hücumçusu Coşua Zirkzeeyə marağını yenidən artırıb.

Sportline.az xəbər verir ki, İtaliya klubunun yanvar transfer pəncərəsində futbolçu üçün yeni cəhd etməyə hazırlaşdığı bildirilir. Zirkzee daha əvvəl də “Milan”ın transfer siyahısında olub, lakin keçidi baş tutmayıb.

İndi klub hücum xəttini gücləndirmək üçün niderlandlını yenidən gündəmə gətirib. “Mançester Yunayted”in futbolçunun mümkün satışına münasibəti isə hələlik dəqiq deyil.