Səudiyyə Ərəbistanında böyük stadion layihəsi dayandırılır
Səudiyyə Ərəbistanının 2034-cü il dünya çempionatı üçün planlaşdırdığı NEOM stadionu ilə bağlı gözlənilməz qərar verilib.
Sportline.az xəbər verir ki, ölkə hakimiyyəti nəhəng stadionun tikintisi planını səssiz şəkildə dayandırmağa hazırlaşır. Layihənin ilkin dəyərinin təxminən 2,5 milyard dollar olduğu bildirilir.
Stadionun yerləşəcəyi futuristik NEOM layihəsində gecikmələrin bu qərara təsir etdiyi qeyd olunur.
Beləliklə, 2034-cü il dünya çempionatının infrastruktur planlarında ciddi dəyişikliklərin baş verməsi gözlənilir.