Premyer Liqada zədə böhranı

İngiltərə Premyer Liqasında milli komandaların oyunlarından sonra zədə problemi daha da böyüyüb.

Sportline.az xəbər verir ki, çempionatda 20 klub üzrə 118 futbolçu müxtəlif səbəblərdən sıradan çıxıb və ya onların iştirakı sual altındadır.

“Arsenal”da Uilyam Saliba, “Liverpul”da Covanni Leoni və “Mançester Yunayted”də Matteys de Liqt zədə səbəbindən komandalarına kömək edə bilməyəcəklər.

“Liverpul”un Aleksandr İsak və Kodi Qakponun vəziyyətini də izlədiyi bildirilir.

“Mançester Yunayted”də isə Benjamin Şeşko, Markus Reşford və Patrik Dorkunun iştirakı hələlik sual altındadır.