“Yuventus” “Liverpul”un futbolçusunu istəyir

"Yuventus” gələcək transfer planında “Liverpul”un müdafiəçisi Covanni Leonini də nəzərdən keçirir.

Sportline.az xəbər verir ki, İtaliya klubunun 2027-ci ildə heyətin italyan futbolçular hesabına yenilənməsini planlaşdırdığı bildirilir.

Leoni ilə yanaşı, “Frozinone”nin qapıçısı Lorenzo Palmisani də Turin klubunun radarındadır.

“Yuventus”un müdafiə və qapı xəttində uzunmüddətli dəyişikliklər etməyə hazırlaşdığı qeyd olunur. Leoni hazırda “Liverpul”un heyətində olsa da, onun transferi ilə bağlı gələcəkdə təkliflər gözlənilir.