"Bavariya"da son qərar
"Bavariya"nın baş məşqçisi Vinsent Kompani Kim Min-Cenin yanvarda komandadan ayrılmasını istəmir.
Sportline.az xəbər verir ki, müdafiəçinin “Tottenhem”in maraq dairəsində olduğu barədə xəbərlər yayılıb. Buna baxmayaraq, Kompaninin futbolçunu mövsümün ortasında heyətdən buraxmaq fikrində olmadığı bildirilir.
Kim Min-Cenin gələcəyi ilə bağlı əsas dəyişikliklərin isə yay transfer pəncərəsində baş verə biləcəyi qeyd olunur.
“Tottenhem”in futbolçuya marağını davam etdirəcəyi gözlənilir.