Ciovanni Leoni ölkəsinə qayıdır
"Liverpul"un italiyalı futbolçusu Ciovanni Leoni karyerasını yenidən ölkəsində davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Yuventus" və "İnter" 19 yaşlı oyunçunu heyətinə qatmaq üçün yarışa girib.
Bu haqda "Tutto Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, C.Leoni dəyəri 25 milyon avrodur.