Baldeni 3 klub heyətində görmək istəyir

"Barselona"nın sol cinah müdafiəçisi Alexandro Balde yanvarda klubdan ayrılmaq qərarına gəlib.

Sportline.az xəbər verir ki, ispaniyalı futbolçu daha çox oynaya biləcəyi komandaya keçmək istəyir.

"Team Talk"un yaydığı məlumata görə, "Liverpul", "Yuventus" və "Mançester Yunayted" 22 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, Alexandro Baldenin "Barselona" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.