Milli komanda FİFA reytinqində gerilədi
Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib.
Sportline.az xəbər verir ki, komanda 1138,96 xalla 127-ci pillədə qərarlaşıb.
Milli son dörd oyunun 2-də qalib gəlib, 2-də isə heç-heçə edib.
Yoldaşlıq matçında Tacikistanı 1 cavabsız qolla üstələyən komanda, UEFA Millətlər Liqasında səfərdə Litva ilə heç-heçə (1:1) edib, Bakıda Lixtenşteynlə qolsuz bərabərə qalıb, Litvaya isə qalib gəlib - 1:0.
Xatırladaq ki, FIFA reytinqində İspaniya 2011,57 xalla liderdir.
Argentina (1972,80) ikinci, Fransa (1958,86) üçüncü sıradadır.