Millimizin üzvü Braziliya klubunda

Milli voleybol komandamızın üzvü Odina Əliyeva karyerasını Braziliyada davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Xəbərdə 31 yaşlı hücumçunun bu ölkənin “Bauru” klubu ilə razılığa gəldiyi bildirilib. 

Odinanın bu klubun yeni mövsüm ərəfəsində ilk transferi olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, millimizin sabiq voleybolçusu Polina Rəhimova da "Bauru"nun şərəfini qoruyur.