Millimizin üzvü formasını satdı
Millimizin üzvü Dmitri Nazarovun Almaniyanın "Ertsgebirge" komandasında geyindiyi forması xeyriyyə məqsədilə auksiona çıxarılıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 10 nömrəli geyim dəsti 1 660 avroya satılıb.
Məbləğ bu yaxınlarda bədbəxt hadisə nəticəsində ölan gənc futbolçuların ailələrinə bağışlanacaq.
Formanı alıcılara 31 yaşlı yarımmüdafiəçinin özü təqdim edib.