Millimizin üzvü məğlubiyyətə üzüldü
Ukrayna Premyer Liqasında 16-cı turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” bu turda səfərdə “Vorskla” ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
Paşayev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
“Aleksandriya” 16 turdan sonra 22 xalla 14 komanda arasında 7-ci pillədə qərarlaşıb.