Millimizin üzvü oynadı, komandası məğlub oldu
Milli komandamızın üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Stal" Ukrayna çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, Paşayevin komandası “Oleksandriya” ilə qarşılaşıb. Görüş "Stal"ın məğlubiyyəti ilə yekunlaşıb - 0:2.
Həmyerlimiz start heyətində başladığı matçı əvəzolunmadan keçirib.
Qeyd edək ki, 11 turdan sonra hesabında 7 xal olan “Stal” 10-cu pillədə qərarlaşıb.