Millimizin üzvü Türkiyə klubunda

Qadınlardan ibarət milli voleybol komandamızın üzvü Yelizaveta Səmədovanın yeni iş yeri bilinib.

Sportline.az xəbər verir ki, analıq məzuniyyətindən qayıdan hücumçu Türkiyə çempionatında çıxış edəcək.

O, “Bolu Bələdiyyəspor” klubu ilə anlaşıb. 27 yaşlı voleybolçumuzun Superliqa təmsilçisi ilə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub.

Səmədova Bolu təmsilçisinin heyətində millimizin ikinci üzvü olacaq. Onadək Olena Xarçenko da bu klubla müqavilə imzalayıb.

Qeyd edək ki, 13 turdan sonra hesabında 13 xal olan klub 14 komanda arasında 13-cü pillədədir.