Millimizin üzvü Türkiyə klubunda

Azərbaycanın şose velosipedi üzrə U-23 yığma komandasının üzvü Əli Qurbanov Türkiyənin “Sakarya BB Pro Team” kontinental klubuna keçib.

Sportline.az xəbər verir ki, bununla bağlı qardaş ölkə təmsilçisinin sosial media hesabında “Komandaya xoş gəldin, Əli Qurbanov” bağlığı altında paylaşım da edilib.

Artıq Əli yeni komandasının heyətində debüt edib – velosipedçimiz bazar günü Alanya bölgəsində keçirilən 1.2 kateqoriyalı “Grand Prix Megasaray” yarışında mübarizə aparıb və 126 km məsafəni 2 saat, 46 dəqiqə, 4 saniyəyə başa vurub.

Qeyd edək ki, 21 yaşlı idmançımız “Sakarya BB Pro Team” klubunda çıxış edən sayca 2-ci velosipedçimizdir. Elit yığmamızın kapitanı Elçin Əsədov artıq 2-ci mövsümdür ki Türkiyə təmsilçisinin heyətində mübarizə aparır.