Futbolçumuzun komandası kubokla belə vidalaşdı

Millimizin futbolçusu Ozan Can Kökcünün formasını geyindiyi "Eyndhoven" Niderland kubokunda 1/16 final mərhələsinin oyununa çıxıb.

Sportline.az xəbər verir ki, komanda səfərdə “Breda” ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda daha bir qol vuran “Breda” 1/8 finala yüksəlib – 2:1.
 
Ozan bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.