Millinin baş məşqçisi iyunda müəyyənləşəcək

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin müəyyənləşəcəyi tarix bəlli olub.

Sportline.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanov məlumat verib.

Onun sözlərinə görə, yığmada baş məşqçi məsələsi iyunun əvvəlində dəqiqləşəcək.

"Həmin vaxt iclasımız gerçəkləşəcək. Toplantıda hər şeyə aydınlıq gələcək", - deyə Səməd Qurbanov vurğulayıb.

Qeyd edək ki, italiyalı baş məşqçi Canni De Byazi 2023-cü ilin noyabrında Azərbaycan millisindən ayrılıb.

report