Millinin Ermənistanla oyunu ilə bağlı açıqlama

Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi AVRO-2024-ün seçmə mərhələsində Türkiyə millisinin Ermənistan və Xorvatiya komandaları ilə keçirəcəyi görüşlərdən danışıb.

Sportline.az xəbər verir ki, funksioner Ermənistanla oyunda azarkeş qadağasına diqqət çəkib:

"Bilirik ki, Ermənistanla səfər matçına Türkiyə azarkeşləri buraxılmayacaq. Amma biz bu oyun üçün xatirə biletlərini satışa çıxaracağıq. Bilet satışından əldə olunan gəlir "Omuz Omuza" kampaniyasına (zəlzələdən əziyyət çəkənlər üçün yaradılan yardım kampaniyası) yönəldiləcək. Həm Ermənistan, həm Xorvatiya ilə oyunlara komandamız çox ciddi və məsuliyyətlə hazırlaşır. Millimizin ölkəmizi Avropa çempionatında qürurla təmsil edəcəyinə inanırıq".