Millinin futbolçularına cinayət işi açılıb

İtaliya millisinin futbolçularının qeyri-qanuni mərc oyunları ilə məşğul olduğuna görə polis tərəfindən araşdırma başladılıb.

Sportline.az fotomaç.com.tr-yə istinadla xəbər verir ki, İtaliya polisinin araşdırmasının müsbət nəticələnəcəyi təqdirdə Nikolo Zaniolo və Sandro Tonali futboldan uzaqlaşdırılacaq. 

Qeyd edək ki, bu, Nikolo Zaniolo haqqında ilk şübhəli vəziyyət deyil.

"Qalatasaray"ın sabiq futbolçusu “Roma”da çıxış edərkən də mərc oyunlarında adı hallanırdı. 

24 yaşlı hücumçu hazırda "Aston Villa"nın formasını geyinir.