Millinin futbolçusu "Yuventus"un hədəfində

"Fiorentina"nın hücumçusu Duşan Vlahoviç "Yuventus"un əsas transfer hədəfi olaraq qalır.

Sportline.az "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, Turinlilər "Sassuolo"nun hücumçusu Cakomo Raspadori ilə də müqavilə bağlamağı düşünürlər.

Ötən gün "Litva"ya qarşı keçirilən oyunda (5:0) İtaliya millisinin heyətində ən yaxşılardan biri olan Raspadori görüşdə fərqlənməyə müvəffəq olub.