Millinin heyəti açıqlanıb

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Kosovo və İrlandiya ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Sportline.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

12 nəfərdən ibarət heyətdə bu basketbolçular yer alıblar: 1. Amil Həmzəyev, 2. Endar Poladxanlı, 3. Kamran Məmmədov, 4. Əkbər Məmmədov, 5. Elşad Şirzadov, 6. Şirzad Şirzadov, 7. Donta Hol, 8. Saadettin Donat, 9. Cəbrayıl Əkbərov, 10. Orxan Aydın, 11. Ercan Donat, 12.Ulaş Turqut.

Qeyd edək ki, Azərbaycan millisi fevralın 20-də səfərdə Kosovo, üç gün sonra Bakıda İrlandiya ilə üz-üzə gələcək. İsveçrə A qrupunda 8 xalla liderdir. İrlandiya 6 xalla ikinci, Azərbaycan yığması 5 xalla üçüncüdür. Eyni xala malik Kosovo dördüncüdür.